Yerli futbolçu da qol vurarmış
21.11.2010 - 16:57
Madrid “Real”ının futbolçusu Serxio Ramos ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, “Atletik”lə oyunun 57-ci dəqiqəsində penaltidən fərqlənən müdafiəçi “Kral klubu”nun heyətində cari çempionatda qol vuran ilk yerli futbolçu olub. Bunadək Madrid təmsilçisinin 33 qolunun hamısını legionerlər vurmuşdu.
Qeyd edək ki, “Real”ın heyətində qol vuran sonuncu ispaniyalı da Serxio idi. O, ötən çempionatın 37-ci turunun “Atletik”lə qarşılaşmasında fərqlənmişdi.
Qeyd edək ki, “Real”ın heyətində qol vuran sonuncu ispaniyalı da Serxio idi. O, ötən çempionatın 37-ci turunun “Atletik”lə qarşılaşmasında fərqlənmişdi.
0
0