Toni Adams: Biz antifutbol yox, diqqətli oynadıq
21.11.2010 - 18:56
Toni Adams: Biz antifutbol yox, diqqətli oynadıq
"Bu günkü rəqibimiz Unibank Premyer Liqasının ən güclü komandasıdır. Biz Premyer Liqanın liderinə qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Toni Adams deyib.

Unibank Premyer Liqasının XIV turunda çempionatın lideri “Neftçi”dən 1 xal alan (0:0) əyalət təmsilçisinin ingiltərəli çalışdırıcısı nəticədən razı qalıb: “Oyun çox ağır keçdi, bunu gözləyirdik. Bizim bir qol imkanımız oldu. "Neftçi" bir neçə imkandan istifadə edə bilmədi. Komandamdan razı qaldım. Biz antifutbol oynamadıq, sadəcə müdafiədə diqqətli olub, 1 xal qazandıq”.