Arif Əsədov meydanın səviyyəsindən şikayətləndi
21.11.2010 - 19:01
"Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi. Komandamız texnikalı futbola üstünlük verdiyi üçün meydanda öz oyunumuzu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.
40 yaşlı mütəxəssis Unibank Premyer Liqasının XIV turunun “Qəbələ” ilə oyunundakı xal itkisini (0:0) meydan amili ilə izah edib: "Qəbələ" futbolçuları oyun boyu vaxtı çox uzatdılar. Bugünkü oyunda Flavinyonun olmaması da öz sözünü dedi. Qapalı futbol oynayan komandalara qarşı onun kimi texnikalı futbolçular lazımdır. Bəzi KİV-lərdə hakimlərin "Neftçi"yə kömək etdiklərini yazırlar. Lakin "Neftçi" nə qazanırsa, özü qazanır".
Mənbə: pfl.az

0
0