Mirça Rednik: Bugünkü qələbəni Alimin köməkliyi ilə qazandıq
21.11.2010 - 19:09
"Alim Qurbanov haqqında danışmaq istərdim. Səhər sağlamlığı yaxşı deyildi, oynaya bilməyəcəyini düşündük”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Unibank Premyer Liqasının XIV turunun “Muğan”la oyunundakı qələbəni bir futbolçunun adı ilə bağlayıb: “Lakin özü oynamaq istədiyini bildirdi, mən də razılıq verdim. Demək olar ki, bugünkü qələbəni Alimin köməkliyi ilə qazandıq. Bizim üçün vacib olan qalib gəlmək idi, qələbə qazandığımız üçün şadam. Hamını təbrik edirəm ".
Qeyd edək ki, “Xəzər Lənkəran” “Muğan”ı Alimin dublu ilə məğlub edib – 2:0.

0
0