“Azərbaycanın ən güclü komandalarından biri ilə oynadıq”
21.11.2010 - 19:13
"Bu gün Azərbaycanın ən güclü komandalarından biri olan "Xəzər Lənkəran"a qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın "Muğan" klubunun məşqçisi Bəhmən Həsənov deyib.
O, Unibank Premyer Liqasının XIV turunun “Xəzər Lənkəran”la səfər oyunundan sonra matç haqda fikirlərini açıqlayıb. Çalışdırıcı Premyer Liqadakı debütünün 0:2 hesablı məğlubiyyətlə nəticələnməsinə baxmayaraq komandasından razı qalıb: “Rəqibimiz çox güclü idi. "Xəzər Lənkəran" kimi güclü rəqiblə layiqincə mübarizə apardıqları üçün komandama təşəkkürümü bildirirəm".
Mənbə: pfl.az

0
0