Qurban Qurbanov AFFA-dan kömək umur
22.11.2010 - 00:10
“Onun oyunu xoşuma gəldi. Bu futbolçunun çıxışını izləyirdim”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
Unibank Premyer Liqasının XIV turu çərçivəsində AZAL-la keçirilən oyunda uduzan Ağdam təmsilçisi mükafatlar uğrunda mübarizədə işini bir qədər çətinləşdirdi. Oyundan sonra keçirilən mətbuat konfransında rəqib haqda danışan Qurbanov komandasının qapısına vurulan hər iki qolun müəllifi Zohair Benouahi haqda xoş sözlər deyib. Hətta ona baş məşqçisi Nazim Süleymanov vasitəsilə ismarıc da göndərib: “Zohair AZAL-ın qələbəsinin memarı oldu. Çox yaxşı oyun nümayiş etdirir”.
Son vaxtlar zəif çıxış edən Ağdam təmsilçisinin Azərbaycan yığmasının gələn ay keçirilməsi planlaşdırılan təlim-məşq toplanışına öz oyunçularını buraxmaq istəməməsi haqda müəyyən fikirlər yayılıb. Məsələyə aydınlıq gətirən Qurbanov fikirlərinin düzgün anlaşılmadığını deyib: “Qarabağ” yığmaya futbolçu verməkdən imtina etmir. Biz milliyə həmişə yardım etməyə çalışmışıq. Dekabrın 12-dən 16-dək millinin toplanışının keçirilməsi planlaşdırılıb. Biz turnir cədvəlindəki mövqeyimizi nəzərə alıb, futbolçularımızın bu toplanışdan azad edilməsi xahişi ilə AFFA-ya müraciət edəcəyik. Klub rəhbərliyi bizdən nəticə tələb edir. Hazırkı vəziyyətimiz isə heç də ürəkaçan deyil. Berti Foqts da öz işində uğur qazanmaq istəyir. Amma biz yığmaya futbolçu verməkdən heç vaxt imtina etməmişik, edə də bilmərik”.

0
0