“Biz görməli olduğumuz işi gördük” - FOTO
22.11.2010 - 00:00
“MOİK-lə heç-heçədən sonra komanda psixoloji cəhətdən bir qədər “sınmış”dı. Bunu aradan qaldırmağa çalışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.
“Qarabağ”la keçirilən oyunda qələbə qazanmaqla, üçüncü pillədəki yerini qoruyan və liderlə xal fərqini bir qədər azaldan AZAL, həm də ötən tur gözlənilmədən itirdiyi xalların əvəzini çıxdı. Oyunun müəyyən vaxtlarında üstünlüyün rəqibə keçməsini normal qarşılayan futbolçu bildirib ki, vacib olan sonda istədiyin nəticəni qazanmaqdır: “Yenə deyirəm, autsayderlərlə qarşılaşmalara köklənə bilmirik. Ancaq güclü rəqiblərlə matçda yaxşı oynayırıq. “Qarabağ” ən güclü klublarımızdan biridir. Oyunun gedişində ərazi üstünlüyün rəqibə vermək normaldır. Əsas olan, sonda qələbə qazanmaqdır. Uşaqları təbrik edirəm. Qarşıda “Turan”la oyun var. İnşallah, 3 xal qazanıb, mübarizəmizi sona qədər davam etdirəcəyik”.
Qazanılan qələbə ilə əsas rəqiblərindən birini sıradan çıxarmaq fikrinə gəldikdə, müdafiəçi bununla razılaşmır: “Biz görməli olduğumuz işi gördük. Fikrimiz ilk “altılığ”a düşmək və mükafatlar uğrunda mübarizə aparmaqdır. Avrokuboklara vəsiqə qazanmaq istəyirik”.

0
0