“Qalatasaray” yenə xal itirdi
22.11.2010 - 00:02
“Qalatasaray” yenə xal itirdi
Türkiyə çempionatının XIII turunda daha 4 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, bu tur nəhənglər üçün uğursuz olub.

Bir gün əvvəl 1 xalla kifayətlənən “Beşiktaş”ın ardından “Trabzonspor” və “Qalatasaray” da 2 xal itkisinə üzülüb.

Liderliyi davam etdirən trabzonlular öz meydanında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor”u məğlub edə bilməyiblər. “Cim Bom” isə bu dəfə səfərdə 1 xal əldə edib.

Qeyd edək ki, tura bu gün “Fənərbaxça” – “Bucaspor” matçı ilə yekun vurulacaq.


21 noyabr
“Antalyaspor” – “Qaziantepspor” – 0:1
“Trabzonspor” - “Əskişəhərspor” – 0:0
“Ankaragücü” – “İstanbulspor BB” – 2:2
“Kayserispor” – “Qalatasaray” – 0:0


20 noyabr
“Kasımpaşa” – “Gənclərbirliyi” – 1:1
“Manisaspor” – “Bursaspor” – 0:2
“Sivasspor” – “Karabükspor” – 5:1
“Beşiktaş” – “Konyaspor” – 2:2