“Sevilya” öz meydanında uduzdu
22.11.2010 - 01:57
“Sevilya” öz meydanında uduzdu
İspaniya çempionatında növbəti turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, turun ikinci günü meydan sahiblərinin qələbələri ilə başlayıb. Lakin “Sevilya” və “Real-Sosyedad” bunun davamını gətirə bilməyiblər. Onlar müvafiq olaraq “Malyorka” və “Atletiko” qarşısında aciz qalıb. Madridlilər bu dəfə də cənubi amerikalı cütlük Forlan və Aqueronun sayəsində 3 xalı əldə ediblər.

Qeyd edək ki, turun ilk günündə çempionatın liderləri “Barselona” və “Real” rəqiblərini darmadağın etmişdilər.

21 noyabr
“Deportivo” – “Malaqa” – 3:0
Adrian, 22-p., Kolotto, 30, Alvares, 80

“Espanyol” – “Herkules” – 3:0
Verdu, 15, Osvaldo, 82-p., Qarsia, 90-p.

“Levante” – “Rasinq” – 3:1
Kayçedo, 25, 27, Stuani, 44 – Laken, 88

“Osasuna” – “Xixon” – 1:0
Şacaei, 54

“Sevilya” – “Malyorka” – 1:2
Fabiano, 88 – Pereyra, 34, Uebo, 90

“Reak-Sosyedad” – “Atletiko” – 2:4
X.Lorente, 12, Rivas, 86 – Forlan, 71, Aquero, 80, 82, Simao, 90-p.

20 noyabr
“Vilyarreal” – “Valensiya” – 1:1
Rossi, 73 – Aduris, 21

“Almeriya” – “Barselona” – 0:8
Messi, 17, 37, 67, İnyesta, 19, Ariadela, 27-öz qapısına, Pedro, 35, Krkiç, 62, 73

“Real” – “Atletik” – 5:1
İquayn, 19, Ronaldo, 30, 62, 90-p., Ramos, 57-p. – Lorente, 40