“Mənə Rəşad Sadıqovu qovmağı təklif edirdilər”
22.11.2010 - 10:51
“Bakı, “Neftçi” üçün bir az nostalgiyam var. Orada yaxşı yaşayırdım. Şəhər spesifik olsa da, xoşuma gəlirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.
“Ağ-qaralar”ı 4 ay (2007-ci ilin sentyabrından 2008-ci ilin yanvarına kimi) çalışdıran çexiyalı mütəxəssis Rusiya mətbuatına növbəti müsahibəsində yenidən Bakıdakı qısa karyerasını xatırlayıb. Budəfəki açıqlaması fərqli, ancaq yenə maraqlı olan Petrjela yığmamızın kapitanı, o vaxt “Neftçi”nin əsas futbolçularından olan Rəşad Sadıqovla bağlı ona edilən təklifdən danışıb: “Mənim komanda ilə yaxşı əlaqələrim var idi. Hətta öncə mənə Rəşad Sadıqovu komandadan qovmağı təklif edirdilər. Guya, o, qruplaşma yaradırdı. Məlum oldu ki, Rəşad əsl kapitan və peşəkardır. O, əbəs yerə Azərbaycan yığmasının lideri sayılmır”.
Hazırda Slovakiyada işləyən Petrjelanın sözlərinə görə, yola getmədiyi rəhbərliyin diktəsi ilə işləyə bilməyib: “Mənə elə gəlirdi ki, orada komandanın yaradılması üçün böyük potensial var idi. Futbolçuların hamısı texnikalı, istedadlıdır. Mənə həyatda və meydanda nizam-intizamı yaratmaq qalırdı. Misal üçün, oyuna 2 saat qalmaq nahar etməmək...”.

0
0