“Bakı”nın futbolçusu tarixə düşdü
22.11.2010 - 11:57
“Bakı” klubunun futbolçusu Ernad Skuliç Unibank Premyer Liqasının 2010/11 mövsümünün tarixinə düşüb. Apasport.az saytını məlumatına görə, xorvatiyalı legioner cari mövsüm ölkə çempionatında dubla imza atan ilk müdafiəçi olub.
XIV turun MOİK-lə qarşılaşmasında 2 dəfə fərqlənən Ernad bu matçadək yalnız hücumçu və yarımmüdafiəçilərin bacardığına nail olub.
2008-ci ilin əvvəlindən “Bakı”da çıxış edən xorvatiyalının özü də əslində yarımmüdafiəçidir. Doğma mövqeyi dayaq yarımmüdafiəçisi olan Skuliç Dare Nibombenin zədələnməsindən sonra mövqeyini dəyişib. Artıq neçə turdur mərkəz müdafiəçisi kimi oynayan Ernad heç bir arxa xətt futbolçusunun bacarmadığına imza atıb.

0
0