Unibank Premyer Liqasında rekord təkrarlandı
22.11.2010 - 12:01
Unibank Premyer Liqasının XIV turu mövsümün rekordunun təkrarlanması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bir turda 3 futbolçu dubla imza atıb. Bu da cari mövsümün yalnız ilk turunda qeydə alınan göstəricinin təkrarıdır.
Bu dəfə Ernad Skuliç (“Bakı”) MOİK, Zohair Benouahi (AZAL) “Qarabağ”, Alim Qurbanov (“Xəzər Lənkəran”) “Simurq”un qapısına 2 qol vurub. Rekordun qeydə alındığı ilk turda isə Qvidas Yuşka (AZAL) “Bakı”, Jaba (“Bakı”) AZAL, Anar Qasımov isə (MOİK) “Muğan”la görüşdə dubl müəllifi olmuşdu.
Qeyd edək ki, arxada qalan 14 turda 17 futbolçu 1 matçda 2 qol vurub.

tur | Dubl |
1 | 3 |
2 | - |
3 | - |
4 | 1 |
5 | 2 |
6 | 1 |
7 | - |
8 | 1 |
9 | 2 |
t/s | 1 |
10 | - |
11 | - |
12 | 2 |
13 | 1 |
14 | 3 |
Cəmi | 17 |
0
0