Mərakeşli futbolçudan 2 nailiyyət: 1085 günlük seriyanın sonu və yeni nəticə
22.11.2010 - 12:28
Bakının AZAL klubu “Qarabağ”la oyunlarda 1085 günlük seriyaya son qoydu. Apasport.az saytının hesablamalarına görə, “təyyarəçilər” ən uğurlu mövsümlərini keçirdikləri 2007/08 mövsümündən bu yana ağdamlılara qalib gələ bilmirdi.
Buna Unibank Premyer Liqasının XIV turunda 2:0 hesablı qələbə ilə son qoyuldu. 2006-cı ildən güclülər dəstəsində oynayan AZAL əvvəllər “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında mübarizə aparıb. Komanda “Qarabağ” üzərində sonuncu qələbəsini 2007-ci ilin dekabrın 1-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən oyunda qazanmışdı - 1:0.
Həmin mövsümün II dövrəsində “Şəfa” stadionunda keçirilən oyun isə tarixi olmuşdu. Belə ki, son turdakı həmin görüşdə “Olimpik”ə çempion olmaq üçün 1 xal da yetirdi. Ancaq “Qarabağ” matçın sonunda Zaur Həşimovun vurduğu gözəl qolla 1:0 hesabı ilə qalib gəldi və sonda “İnter” çempion oldu.
AZAL-ın 3 illik həsrətinə cari mövsümdən heyətində yer alan mərakeşli Zohair Benouahi elə “Şəfa”da son qoydu. 23 yaşlı yarımmüdafiəçi etdiyi dublla görüşün qəhrəmanı oldu. Zohair həm də bu komandaların görüşündə yeni nəticə müəyyənləşdirdi. Belə ki, buna qədər keçirilən 9 oyun 3 hesabla – 0:0, 1:1 və hansısa komandanın 1:0 hesablı qələbəsi ilə bitirdi.
“Qarabağ”la AZAL arasında keçirilən oyunlar
2006/07 mövsümü
“Qarabağ” – “Olimpik” – 1:1
“Olimpik” – “Qarabağ” – 0:0
2007/08 mövsümü
“Qarabağ” – “Olimpik” – 0:1
“Olimpik” – “Qarabağ” – 0:1
2008/09 mövsümü
“Qarabağ” – “Olimpik” – 1:1
“Olimpik” – “Qarabağ” – 0:1
2009/10 mövsümü
“Qarabağ” – “Olimpik-Şüvəlan” – 1:0
“Olimpik-Şüvəlan” – “Qarabağ” – 1:1
2010/11 mövsümü
“Qarabağ” – AZAL – 0:0
AZAL – “Qarabağ” – 2:0

0
0