Berti Foqtsun komandası qələbəni qoruya bilmədi - FOTOSESSİYA
22.11.2010 - 13:16
Almaniyanın Leypsiq şəhərində “Əfsanələrin görüşü” keçirilib. Apasport.az saytının məlumatına görə, AFR və ADR-ın birləşməsinin 20 illiyinə həsr olunan qarşılaşmada həmin vaxtlar bu iki ölkənin şərəfini qoruyan futbolçular üz-üzə gəliblər.
Veteranların oyununa Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da qatılıb. 64 yaşlı mütəxəssis vaxtilə formasını geydiyi AFR yığmasına məşqçilik edib. Lakin Lotar Matteus və Yurgen Klinsmann kimi əfsanələrə malik Qərbi Almaniya görüşdən məğlub ayrılıb.
15400 tamaşaçının izlədiyi qarşılaşmada ilk qolu Foqtsun yetirmələri vurub. Karl-Hayns Ridle 31-ci dəqiqədə komandasını irəli çıxarıb. Fasilədən sonra şərqlilər özlərinə gəliblər. 59-cu dəqiqədə penaltini qola çevirən Olaf Marşal, 10 dəqiqə sonra isə ADR veteranlarının kapitanı Ulf Kirsten qol sevinci yaşayıb.

0
0