Zohair Benouahi: Bu, sonuncu yaxşı oyunum olmayacaq
22.11.2010 - 13:32
“Ötən tur MOİK-lə gözləmədiyimiz halda heç-heçə oynayıb, 2 xal itirdik. Ona görə də, “Qarabağ”la matçda qələbəyə köklənmişdik. Sonda istədiyimiz qələbəni qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun futbolçusu Zohair Benouahi deyib.
Unibank Premyer Liqasının XIV turunda “Qarabağ” görüşdə inamlı qələbə qazanan “təyyarəçilər”in hər iki qolunun müəllifi olan mərakeşli futbolçu həm də sərgilədiyi oyunu ilə azarkeşlərin rəğbətini qazanıb. Təsadüfi deyil ki, matçdan sonra keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunun ünvanına xoş sözlər söyləyib. Ancaq yarımmüdafiəçi öz oyunu haqda fikir bildirmək istəmədi: “Oyunuma kənardan baxanlar fikir bildirsələr, daha yaxşı olar. Ancaq bu sonuncu yaxşı oyunum olmayacaq. Komandama daha da xeyir verməyə çalışacam. Bizi qarşıda uzun marafon gözləyir. İstəyirik ki, avrokuboklara vəsiqə qazanaq”.

0
0