“Qalatasaray” Albayrakla razılaşdı
22.11.2010 - 13:56
“Qalatasaray”ın qış fasiləsində heyətinə qatacağı daha bir futbolçunun adı müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılar” “Bursaspor”un 19 yaşlı futbolçusu Eren Albayrakla müqavilənin bütün şərtlərini razılaşdırıblar. Bursalılarla müqaviləni uzatmayan və heyətdən kənarda qalan yarımmüdafiəçi müqaviləsini rəsmiləşdirmək üçün “transfer pəncərəsi”nin açılmasını gözləyir.
0
0