Maksim Medvedev: Sanki “Qarabağ”ı tilsimləyiblər
22.11.2010 - 14:13
“Bir ay yarımdır yaşıl meydanlara həsrət qalmışam. Futboldan belə uzaq qalmağım heç yadıma gəlmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev deyib.
Oktyabrın əvvəllərində millinin düşərgəsində zədələnən Maksim sonradan bərpa prosesi zamanı yenidən xəsarət aldı. Artıq fərdi məşqlərə başlayan 21 yaşlı müdafiəçi Unibank Premyer Liqasının növbəti turunda “Neftçi” ilə oyuna qədər hazır olmaq üçün əlindən gələni edir. Klubun rəsmi saytına fikirlərini açıqlayan Medvedev bildirib ki, hazırda layiq olmadıqları yerdə qərarlaşsalar da, tezliklə çətin günləri arxada qoyacaqlar: “Sanki komandamızı tilsimləyiblər. Oyunçularımız zədələnir, vurduğumuz toplar qapıya girmir. Əvəzində qapımıza ilk təhlükə qolla nəticələnir... Bizim klub çətin günlərdə toparlanmağı bacarıb. İnanıram ki, hazırda layiq olmadığımız yerdə qərarlaşsaq da, tezliklə özümüzü düzəldəcəyik. Zədəlilərimiz də sağalır. Artıq fərdi məşqlərə başlamışam. “Neftçi” ilə oyuna qədər çalışacam ki, formamı bərpa edim. Təbii ki, oynayıb-oynamamağım baş məşqçimizdən asılıdı. Amma derbidə oynamaq üçün canla-başla hazıram”.
Qeyd edək ki, “Qarabağ”ın son uğursuzluğunda komandanın 5-6 üzvünün zədə səbəbindən komandadan ayrı düşməsinin rolu danılmazdır. Artıq uzun müddətdir Samir Abasov, Andrey Rubins, Maksim Medvedev, Ayxan Abassov, Emin İmaməliyev, Əfran İsmayılov Ağdam təmsilçisinə yardım edə bilmir.

0
0