2010-cu il göstərib ki, 64 yaşlı mütəxəssis üçün əvəzolunmaz oyunçu yoxdur. Belə ki, Foqts heç bir futbolçuya bütün matçlarda ehtiyac duymayıb. Əslində, bu bəzən zədə, bəzən də digər problemlərlə bağlı olub.
Yığmada ən çox oyun keçirən 5 futbolçunun hər biri 9 dəfə meydana çıxıb. Hərəyə 1 qarşılaşmanı buraxan bu “beşlik”dən yalnız Mahir Şükürov oynadığı görüşləri əvəzolunmadan keçirib. O, Foqtsun 2010-cu ildə ən çox güvəndiyi simadır. 28 yaşlı yarımmüdafiəçi yığmamızın yalnız ilk oyununda - fevralda İordaniyaya qarşı keçirilən yoxlama matçında kənarda qalıb. Onun milliyə çağırılmamağı da daha çox Mahirin həmin vaxt yeni keçdiyi Rusiyanın “Anji” klubunda möhkəmlənməsinə xidmət edib.
Müdafiəçilər Elnur Allahverdiyev, Rəşad Sadıqov, qapıçı Kamran Ağayev və hücumçu Rauf Əliyev də cəmi 1 görüşü buraxıb. Lakin onlar meydana çıxdıqları matçların hamısında 90 dəqiqə oynamayıblar. 8 dəfə şans qazanan Elvin Məmmədovla Samir Abasovu da Foqtsun sevimli oyunçularından saymaq olar.
№ | futbolçu | O | D | Q | A/Q | SV | QV |
1 | Mahir Şükürov | 9 | 810 | 0 | 0 | 1 | 0 |
2 | Elnur Allahverdiyev | 9 | 794 | 0 | 0 | 4 | 0 |
3 | Rəşad Sadıqov | 9 | 750 | 1 | 1 | 0 | 0 |
4 | Kamran Ağayev | 9 | 695 | -16 | 0 | 1 | 0 |
5 | Rauf Əliyev | 9 | 507 | 0 | 0 | 1 | 0 |
6 | Elvin Məmmədov | 8 | 475 | 4 | 0 | 1 | 0 |
7 | Samir Abasov | 8 | 466 | 0 | 0 | 1 | 0 |
8 | Maksim Medvedev | 7 | 557 | 0 | 0 | 0 | 0 |
9 | Ruslan Abışov | 7 | 527 | 0 | 0 | 0 | 0 |
10 | Fərid Quliyev | 7 | 464 | 1 | 0 | 0 | 0 |
11 | Aleksandr Çertoqanov | 7 | 447 | 0 | 0 | 1 | 0 |
12 | Rail Məlikov | 7 | 393 | 0 | 0 | 0 | 0 |
13 | Saşa Yunisoğlu | 6 | 443 | 0 | 0 | 2 | 1 |
14 | Vüqar Nadirov | 6 | 405 | 0 | 0 | 1 | 0 |
15 | Rahid Əmirquliyev | 6 | 315 | 0 | 0 | 2 | 0 |
16 | Vaqif Cavadov | 5 | 362 | 1 | 0 | 1 | 0 |
17 | Vladimir Levin | 5 | 344 | 0 | 0 | 0 | 0 |
18 | Vurğun Hüseynov | 5 | 145 | 0 | 0 | 1 | 0 |
19 | Rəşad Sadiqov | 4 | 197 | 0 | 0 | 0 | 0 |
20 | Fabio Luis Ramim | 4 | 164 | 1 | 0 | 0 | 0 |
21 | Amit Quluzadə | 3 | 164 | 0 | 0 | 1 | 0 |
22 | Cavid Hüseynov | 3 | 77 | 0 | 0 | 0 | 0 |
23 | Fərhad Vəliyev | 2 | 115 | -1 | 0 | 0 | 0 |
24 | Ruslan Əmircanov | 2 | 99 | 0 | 0 | 0 | 0 |
25 | Səlahət Ağayev | 1 | 90 | 0 | 0 | 0 | 0 |
26 | Əfran İsmayılov | 1 | 72 | 1 | 0 | 0 | 0 |
27 | Araz Abdullayev | 1 | 5 | 0 | 0 | 0 | 0 |
O – oyun, D – dəqiqə, Q – qol, A/Q – avtoqol, SV – sarı vərəqə, QV – qırmızı vərəqə.