Əfran İsmayılov: Mən Maradona deyiləm ki, oyunun taleyini həll edəm - MÜSAHİBƏ
22.11.2010 - 14:58
Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi
- “Qarabağ” xal itirə-itirə gedir. Bu gedişlə yekun necə olacaq?
- Mən də baş aça bilmirəm. Həqiqətən də komanda AZAL-la görüşdə zəif oynadı və məğlub oldu.
- Komanda kənardan necə görünür?
- Çox zəif. Həm müdafiədə, həm də hücumda zəif təsir bağışlayırıq. AZAL-ın heyətində yer alan Zohair Benouahi yaxşı futbolçudur. 2 qol vurmaqla, həm də oyunun taleyini həll etdi. Birinci qolda müdafiəçilər heç nədən cərimə etdilər. Nəticədə mərakeşli futbolçu “çərçivə”ni dəqiq nişan aldı. Bundan sonra komanda irəli atıldı, rəqib isə əks-hücumda qol vurdu.
- Sanki “Qarabağ”ın futbolçularında qələbə istəyi də yox idi...
- İstəklə bağlı deyil. Bu gün meydanda oyun yox idi. Oyun yoxdursa, istəkli olmağın nə faydası. Yəni, rəqibin cərimə meydançasına qədər yaxşı gedirik, orda topu itiririk. Müdafiə də zəifləyib.
- Bu məğlubiyyətdən sonra komandanızın ilk “altılıq” şansını necə dəyərləndirirsiniz?
- Bir qədər çətin olacaq. Ancaq hələ qarşıda oyunlar var və digər komandaların necə çıxış edəcəyini indidən proqnozlaşdırmaq olmaz. Məsələn, “Bakı” mövsümə uğursuz başlamışdı, amma indi qələbələri sıralayır. Biz indi enişdəyik. Oturub bunu təhlil etməli və toparlanmalıyıq.
- Bu cür məqamlarda heç meydana çıxmaq istəmisiniz?
- Əlbəttə, çıxıb oynamaq, komandama kömək etmək istəyirəm. Kənardan baxıram, komandaya ürəyim yanır. Zədəli olsam da, çıxıb kömək etmək istəyirəm. Ancaq baş məşqçi tələsməməyi, tam sağalmağımı istəyir. Çünki çıxıb yenə zədəmi təzələyə bilərəm, bu da sonra problem yaradacaq. Düzdür, mən Maradona deyiləm ki, çıxıb oyunun taleyini həll edim. Ancaq müəyyən qədər köməyim dəyə bilər. İnşallah, yanvardan sonra meydana çıxacam. Əsas istəyim odur ki, komanda ilk “altılığ”a düşsün, mən də canımı qoyacam ki, avrokuboklara vəsiqə qazanaq.
- Yenidən müayinədən keçmək üçün Türkiyəyə nə vaxt yollanacaqsınız?
- Hələ ordan dönməyimdən bir ay keçməyib. Gərək bir ay tamam olsun ki, məni dəvət etsinlər.

0
0