Azərbaycan yığması dünyanın 74-cü komandasıdır
22.11.2010 - 15:23
FİFA qadınlardan ibarət milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu 2010-cu ilin yekun siyahısını müəyyənləşdirib.
Siyahıya 2185 xalla ABŞ başçılıq edir. İkinci olan Almaniyanın 2153, ilk “üçlüy”ü qapayan Braziliyanın 2116 xalı var. Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərindən olan İsveç yığması planetin 4-cü komandasıdır – 2063.
Hesabında 1341 xal olan yığmamız isə dünyanın 74-cü komandasıdır. Seçmə mərhələdən sonra fəaliyyəti dayandırılan komandamız bundan əvvəlki reytinqlə müqayisədə 10 xal və 7 pillə geriləyib.

0
0