Abdullayev “Neftçi”ni məyus etdi
22.11.2010 - 16:44
Abdullayev “Neftçi”ni məyus etdi
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Bakının “Neftçi” klubunun nəzdindəki U-19 komandası ilə qarşılaşıblar. Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində baş tutan görüşdə qalib müəyyənləşməyib – 1:1. Yığmamızın heyətində Ruslan Abdullayev fərqlənib.

Mənbə: pfl.az