Cavid Hüseynov: Açın, statistikaya baxın – MÜSAHİBƏ
22.11.2010 - 16:44
Azərbaycan yığmasının və Bakının “Neftçi” klubunun futbolçusu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- Lider komandada oynamaq yaxşı hal olsa da, daha çox ehtiyatda qalırsınız. Karyeranızın indiki dövrü nə dərəcədə ürəyinizcədir?
- “Neftçi”yə söz ola bilməz, peşəkar klubdur. Bu komandada olduğum üçün – oynadım, oynamadım – çox xoşbəxtəm. Səmimi deyirəm, “Neftçi”yə keçidimə görə peşman deyiləm. Əslində, mən bu komandaya əsas heyətin oyunçusu kimi gəlmişdim. Düzdür, buna öncədən kimsə zəmanət vermir. Sadəcə, ilk günlər uğursuz alındı. Həmin vaxt baş məşqçi Vaqif Sadıqov idi və ilk turda “Qarabağ”la görüşdə qırmızı vərəqə aldım. Sonradan 2 tur oynamadım. Amma yenə öz formamı yığdım. “İnter”i “Şəfa” stadionunda 2:0 hesabı ilə məğlub etdiyimiz görüşdə 90 dəqiqə oynadım. Həmin qarşılaşmadan sonra nədənsə yerimi itirdim. Səbəbini bilmirəm. Mənə güvəniləndə, hiss edəndə ki, arxamda dayağım var, inanırlar, yaxşı oynayıram. Bu, həqiqətən də məndə bir xarakter kimi yaranıb.
- Belə çıxır ki, baş məşqçi sizə o dərəcədə güvənmədiyi üçün 90 dəqiqə oynatmır?
- Yəqin ki, belədir. Məni neçə tur oynatmadı.
- Milli komandanın Çernoqoriya ilə yoldaşlıq görüşünün ilk hissəsinin ortalarında isinmə hərəkətləri etdiniz və tezliklə meydana çıxacağınız gözlənilirdi. Ancaq bu, baş vermədi. Həmin vaxt tapşırıq nə idi?
- Matçın 20-25-ci dəqiqəsində baş məşqçi Berti Foqts məni isinmə hərəkətləri etməyə göndərdi. Yəqin ki, kimisə əvəzləməyi düşünürdü. Tapşırığı yerinə yetirdim, ancaq Foqts sonra nəsə gözlədi. İlk hissə qurtardı və oyunun sonunda meydana girdim.
- Amma az oynadınız...
- Onsuz da son vaxtlar millidə az oynayıram. Axırıncı dəfə 90 dəqiqədə oynamağım yadıma gəlmir. Cəmisi 10-15 dəqiqə meydanda oluram. Nə bilim, çox istəyərdim ki, əsas heyətdə oynayım. Bilmirəm, bu nədən asılıdır, necə olmalıdır.
- Səbəb nə ola bilər?
- Bilmərəm. Yəqin ki, Foqts məni əsas heyətdə görmür. Görsə, oynadardı. Bəlkə klubda son vaxtlar az oynayıram, buna görədir. Bunu ancaq Foqtsdan öyrənmək lazımdır. Onun fikri belədir. Çernoqoriya ilə görüşdə 60-cı dəqiqəyədək işimiz yaxşı gedirdi. Adamın üstündə Allah var, ilk hissədə ümumiyyətlə, yaxşı oynadıq. İkinci hissənin son 25 dəqiqəsində bizdə nəsə çatışmazlıq yarandı. Nəticədə onlar aramsız hücumlar etdilər. Fikirləşirəm, ancaq hələ də tapa bilmirəm. Belə nəticə gözləmirdik. Ümidimiz var idi, meydana istəklə çıxmışdıq. Sözü bir yerə qoymuşduq ki, qələbə qazanaq. Ancaq alınmadı.
- Yığmamızın son görüşlərində yarımmüdafiənin sağ cinahında Aleksandr Çertoqanov oynayır. Ancaq o, dayaq yarımmüdafiəçisidir. Yəni cinahda dağıdıcı futbolçunun yerinə sizin kimi yaradıcı futbolçu daha faydalı ola bilməzdi?
- İşim ondan ibarətdir ki, meydana çıxanda öz oyunumu göstərim. Mən bu dəqiqə özümdən narazıyam. Çünki istədiyim kimi oyun göstərə bilmirəm. Bu, normal haldır, çünki müntəzəm oynamıram. Bunun də böyük təsiri var və nəticədə oyun praktikasını itirirəm. Meydana 10-15 dəqiqəlik çıxıram, tapşırılanda ki, hər şey elə, məncə, bu, qeyri-mümkündür.
- Siz yarımmüdafiənin solunda da oynayırsınız, sağında da. Bu, çətinlik yaratmır ki? Bir mövqeyə alışmaq daha yaxşı deyilmi?
- Düzdür, bir mövqedə daha yaxşıdır. Mən sağ cinah yarımmüdafiəçisi kimi başlamışdım. Foqts gələndə məni bu mövqeyə qoymuşdu. Əsas odur ki, oynayım. Məncə, sağla sol arasında ciddi fərq yoxdur.
- “Neftçi”də yarımmüdafiənin sağ cinahında daha çox Rəşad Abdullayev oynayır. Onunla rəqabətdə özünü üstün sayırsınız, yoxsa?
- Bütün rəqabətlərə hazıram. Öz gücümə, oynadığım futbola da inanıram. Sadəcə, sabit, davamlı oynamamağım çox şeyə təsir edir. Bir dəfə 90 dəqiqə oynayıram, ardından 2 tur meydana çıxmıram, çıxanda da sonradan. Bu, istər-istəməz natarazlıq yaradır. Futbolçu gərək 2-3 oyun oynasın ki, forma, oyun təcrübəsini yığa bilsin.
- Baş məşqçiyə nəticə lazımdır olduğundan, güclü futbolçuları, legionerləri oynatmalıdır...
- Meydançada olduğum müddətdə həmişə nəticə olub. Açın, statistikaya baxın. Ancaq baş məşqçiyə nəsə deyə bilmərəm. Biz peşəkarıq, istənilən vaxt meydana buraxa bilərlər. Baş məşqçi məni mövsümboyu oynatmaya bilər və buna görə ona narazılığımı deyə bilmərəm.
- Yığma karyeranızı kluba, yaxud əksinə qurban verərsiniz? Yığmaya görə klubunu dəyişməyə hazır olarsınız?
- Ürəyimdə ikisinin də yeri var. Yığma elədir ki, sən bu ölkə, bayraq üçün oynayırsan. Hər bir insan idman növündən asılı olmayaraq, öz vətənini başqa ölkələrdə layiqincə təmsil etmək istəyər. Düzdür, futbolumuz digər idman növləri ilə müqayisədə az inkişaf edib. Ölkəni xaricdə layiqli təmsil etmək, qürurdur. Klubun da öz yeri var. Azərbaycan çempionatını, kuboku qazanmaq üçün çalışırsan. Klubun formasından Azərbaycanın adını Avropada yaxşı təmsil etmək istəyirsən.
- Belə davam etsə, “Neftçi”nin tərk etmək haqda düşünə bilərsiniz?
- Bu, məndən asılı deyil. Qərarı rəhbərlik verir. Müqaviləm gələn ilin mayında bitir. Ancaq bilmirəm, bəlkə elə qışda deyəcəklər ki, sən bizə artıq lazım olmadın. İstənilən qərara hazır olmaq lazımdır.
- Yığma futbolçusu daha çox ehtiyatda qalmağı necə qəbul edir?
- Əlbəttə, heç bir futbolçu istəməz ki, mövsümboyu ehtiyatda qalsın. Mən belə halla üzləşmək istəmərəm. Belədirsə, klubunu dəyişməyə məcbursan. İndiyədək klublarım “Olimpik”ı çıxmaq şərti ilə “Turan” və “İnter”də əsas heyətin oyunçusu olmuşam. Yığmada yaxşı çıxış etmək üçün klubda oyun təcrübən olmalıdır. Olmadısa, mən həm klubu, həm də yığmanı itirirəm.
- “Neftçi”nin bu mövsüm çempionluq şansını necə dəyərləndirərdiniz?
- Bu gənc yaşımda “Neftçi” kimi klubla çempion olmağı çox istəyirəm. “Neftçi” Azərbaycanın göz bəbəyidir. Hələ tezdir, istəmək başqa, çalışıb bunu reallaşdırmaq tam başqa. Özümüzdən asılıdır. Marafon uzundur, ikinci dövrə yeni başlayıb, sonra “altılıq” oyunları olacaq. İnşallah, gücümüzə, çempion olacağımıza inanıram.
Mehman SÜLEYMANOV

0
0