“Yəqin, Berti Foqts hesab edir ki, belə daha yaxşıdır”
22.11.2010 - 17:08
“Bir müddət əvvəl Azərbaycan millisinə çağırılırdım, lakin sonradan dəvət etməməyə başladılar. Məşqçi daha yaxşı bilər. Yəqin, hesab edir ki, belə daha yaxşıdır”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “İnter”in futbolçusu Arif Daşdəmirov klubunun rəsmi saytına müsahibəsində deyib.
Cari mövsümdə komandasının bütün oyunlarını əvəzedilmədən keçirən yeganə futbolçu olan Arif ilin ortasında yığmamıza çağırılırdı. Ancaq son vaxtlar dəvət almayan milliləşdirilən gənc futbolçu baş məşqçi Berti Foqtsun etimadını doğrultmaq fikrindədir: “Əlbəttə, bütün oyunlarda iştirak etməklə, daha inamlı görünürəm. İlk oyunlarla müqayisədə özümü daha rahat hiss edirəm, öz üzərimdə işləməyə və təkmilləşməyə çalışıram. Məşqçi məni əsas heyətə salmağa böyük ümid bəsləyir ki, onu da doğrultmağı çox istəyirəm. Mənə isə oyunumla sübut etmək qalır ki, milliyə qayıtmağa layiqəm”.
“İnter” səfərdə olduğu kimi, evdə də “Turan”a 3:0 hesabı ilə qalib gəldi. Arif rəqibi qiymətləndirməyi vacib sayır: “Biz yaxşı oynadıq. Lakin mübarizə aparmağa çalışan rəqibi də qiymətləndirmək lazımdır. “Turan” var-gücü ilə mübarizə aparırdı. Onların heyətində əsasən gənc futbolçular var, bu yaxınlarda baş məşqçisi dəyişib. Komandanın belə oynamasını da bununla izah etmək olar. Amma hər halda, görünürdü ki, “Turan” birinci dövrə ilə müqayisədə hiss ediləcək dərəcədə artırıb. Biz öz stadionumuzda oynayırdıq, bu isə o qədər də kiçik amil deyil. Hesabımıza növbəti 3 xalı yaza bildik ki, buna da çox şadam”.

0
0