“İlk oyunlar həmişə çətin olur”
22.11.2010 - 18:34
Futzal üzrə UEFA kubokunun elit-raundu çərçivəsində “Ararat Nikosiya” ilə oyundan sonra “Araz” klubunun baş məşqçisi Joze Alesio Da Silva fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, braziliyalı mütəxəssis ilk oyunun çətin keçdiyini bildirib: “İlk oyunlar həmişə çətin olur. Birinci hissədə xeyli qol imkanımız olsa da, istifadə edə bilmədik. Rəqib isə əksinə, iki şansdan birini maksimum dəyərləndirdi. Sevinirəm ki, hesabda geri düşdükdən sonra oyunda dönüş yarada bildik və qələbə qazandıq. Növbəti oyunda qol imkanlarından daha dəqiq istifadə etməyə çalışacağıq”.
0
0