“Rednikin otağına girib dedim ki, narahat olma”
23.11.2010 - 00:09
“Xəzər Lənkəran” klubunun futbolçusu Alim Qurbanovun apasport.az saytına müsahibəsi
- Komandanızın son 2 oyununun qəhrəmanısınız. “Simurq” və “Muğan”la görüşlərdə vurduğunuz 3 qolla komandaya qələbə qazandırmısınız. Bu uğurlu çıxışınızın səbəbini nədə görürsünüz?
- Bunu baş məşqçi Mirça Rednikin mənə olan inamı ilə əlaqələndirirəm. O, mənə inandığı üçün əsas heyətdə meydana buraxır. Mən də ümidlərini doğrulduram. Səbəbi bunda görürəm. Rednik tək mənə yox, bütün yerli futbolçulara şans verir.
- Ancaq əvvəl sizə şans verilmirdi. Bəs bu nə ilə bağlı idi?
- Verilmirdi deyəndə ki, çoxlu zədəlilər var və çempionatın ilk iki turunda oynadım. Ancaq bundan sonra baş məşqçi məni ehtiyata göndərdi. Axır zamanlar şans verir. Yəqin, baş məşqçi mənə güvənir ki, əsas heyətdə meydana buraxır. Qol vurduğumuz son iki oyunda qələbə tək mənim rolum deyil, bunda bütün komandamızın əməyi var. Komanda əziyyət çəkdi ki, mən də qol vurmuşam.
- Rednik “Muğan”la oyundan sonra mətbuat konfransında daha çox sizdən danışıb. Deyib ki, Alim görüş öncəsi soyuqlasa da, meydana çıxmağa təkid edib...
- Oyundan bir gün öncə soyuqlamışdım. Həkim gecə iynə vurdu. Gecə elə həkimin otağında yatmışam. Həkim məşqçiyə dedi ki, Alim oynaya bilməyəcək. Rednik də bir gün qabaq mənə oynayacağımı söyləmiş, hazırlaşmağı tövsiyə etmişdi. Sonra bildim ki, məni əsas heyətə qoymayıb. Başqa futbolçuya deyib ki, Alim xəstədir, sən hazırlaş. Mən əvvəl bunu bilmirdim. Eşidəndən sonra girdim Rednikin otağına. Dedim ki, narahat olma, özümü yaxşı hiss edirəm, oynayacağam. O da inanıb, əsas heyətdə meydana buraxdı. Sona kimi də oynadım.
- Qol vurduğunuz bu görüşlər “Xəzər Lənkəran”da şəxsi göstərici baxımından vacib oldu. “Simurq”la matçda oyun sayına görə Rəşad Abdullayevin rekordunu təkrarladınız, “Muğan”la görüşdə isə yeni rekord müəyyənləşdirdiniz. Bəlkə sizə daha çox bu stimul verirdi?
- Nə bilim. Axırıncı oyunda rekord vurdum. Rəşad Abdullayev “Xəzər Lənkəran”da 155 oyun keçirmişdi. Mən son turda 156-cı dəfə forma geyindim. Hər ikisi düşərli oldu. Həm 155, 156-cı oyunumda qol vurdum. Bunlar bizim üçün vacib qələbələr idi. “Simurq” autsayder olmasına baxmayaraq, çətin oyun oldu. Ortabab komanda olan “Muğan”la da evdə oynayırdıq və qələbə qazandıq. Bu vacib görüşlərdə bizə 3 xal qazanmaq lazım idi. Qismət oldu ki, hər ikisində qol vurdum, birində 1, digərində 2 (gülür). Mən buna görə çox sevinirəm.
- “Xəzər Lənkəran”da oyun sayını 200-ə çatdıra biləcəksiniz?
- İnşallah, sağlıq olsun. Qismət olsa, çatdırarıq. Fikrim var ki, hələ 1-2 il oynayım.
- Yeni rekordunuza görə rəhbərlikdən sizə hansısa hədiyyə, mükafat verildimi?
- Yox, hələ verməyiblər. Klubumuzun prezidenti Mais Mənsimov xəstələnib və burda deyil. Səhhəti ilə bağlı hazırda İsveçrədə müalicə olunur. Növbəti turda “Bakı” ilə oyuna gəlməlidir. Verməsələr də, həmişə hörmət ediblər, hədiyyə veriblər, kömək ediblər.
- “Muğan”la oyunda kapitan oldunuz. Əsas kapitanınız Kamran Ağayevin adı heç “18-lik”də yox idi...
- Kamran xəstələnmişdi. Məşq etmədiyindən, onun adını oyunun iştirak ərizəsinə salmamışdılar.
- “Xəzər Lənkəran”da oynadığınız 7 ildə ilk dəfə dubl etdiniz. Bunu bilirdiniz?
- Bəli. Qismət oldu ki, hər iki qolu mən vurdum və vacib 3 xal qazandıq. “Neftçi” də “Qəbələ” ilə heç-heçə etdiyindən aramızda 1 xallıq fərq var. Çalışacağıq ki, qələbələrimizi davam etdirib, çempion olaq.
- Cari mövsümdə 3 qol vurmusunuz. Bombardirlər yarışında iştirakı nə dərəcədə real sayırsınız?
- Mənim üçün bombardirlik vacib deyil. Əsas odur ki, komandam udsun və çempion olaq.
- Mövsümün qalan hissəsində mübarizəni necə görürsünüz?
- Mübarizə getdikcə qızışır. Əsas oyunlar gələn il “altılıq”da olacaq. Həmin vaxt mübarizə başlayanda oyunlar daha maraqlı keçəcək. İndi “Qarabağ” bir az zəifləyib, neçə oyundur uduzur. Mən inanmıram ki, “Qarabağ” yenə uduzsun. Fikrimcə, toparlanıb, “Neftçi”dən xal götürəcəklər.
- Növbəti turda komandanızı da vacib oyun gözləyir. “Bakı”nin qonağı olacaqsınız...
- Əsas bizim oyunumuzdur. Bizə “Bakı” ilə görüşdə çətin olacaq. 3-4 futbolçumuz zədəlidir. Onlar arasında həm yerli, həm də əcnəbi futbolçular var. İnşallah, onlar hazır olsa, meydana qələbə əzmi ilə çıxacağıq.
- “Bakı” ikinci dövrədə hər üç oyunda qalib gələn yeganə komandadır. Mövsümə zəif başlayan rəqibin indiki uğurlu çıxışını nə ilə əlaqələndirərdiniz?
- Son turda MOİK-i, bundan əvvəl “Qarabağ” uddular. İkinci dövrənin ilk turunda isə səfərdə “Gəncə”yə qalib gəliblər. Hərçənd, biz Gəncədə böyük hesabla uduzduq. Deməzdim ki, “Bakı” pis komandadır. Bizim üçün yaxşı komandalarla oyunlarımız əsas olur, nəinki zəif. Zəifdən qorxmaq lazımdır. “Bakı” ilə oyuna köklənib, qələbə üçün çıxacağıq.
Mehman SÜLEYMANOV

0
0