Borisov “Araz”ı xilas etdi - YENİLƏNİB
23.11.2010 - 17:36
Bu gün futzal üzrə UEFA kubokunun elit-raundunun B qrupunda II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Araz” İtaliya çempionu “Montesilvano” ilə görüşüb.
Rusiyanın Yekaterinburq şəhərində baş tutan qarşılaşmanın bütün qolları ikinci hissədə vurulub. Fasiləyə qolsuz bərabərliklə yollanan rəqiblər matçın 25-ci dəqiqəsinədək bir-birinin müdafiəsində boşluqlar axtarıblar. I turun oyununda olduğu kimi, Joze Alessio da Silvanın yetirmələri ilk qolu buraxan tərəf olub.
Buraxılan qoldan 6 dəqiqə sonra Bartolo komandamızı ümidləndirsə də, italiyalılar yenidən önə keçiblər. Cəmi 47 saniyə sürən bərabərliyin pozulmasından sonra “Araz” böyük qüvvə ilə irəli atılıb. Final fitinə 79 saniyə qalmış Vitali Borisovun vurduğu bərabərlik qolu ilə çempionumuzu xilas edib.
Bununla, “Araz”ın qrup qalibi kimi “Dördlər finalı”na yeganə vəsiqəni qazanmaq şansları sonuncu tura kimi davam edir. Bu, noyabrın 25-də Rusiyanın “VİZ-Sinara” ilə oyununda dəqiqləşəcək.
Qeyd edək ki, turun digər oyununda meydan sahibləri Rusiyanın “VİZ-Sinara” klubu ilə Kipr təmsilçisi “Ararat Nikosiya” üz-üzə gələcək.
UEFA kuboku
Elit-raund, B qrupu
II tur
“MONTESİLVANO” (İtaliya) - “ARAZ” (Azərbaycan) – 2:2
QOLLAR: Kaputo, 25, Qarsia, 31 - Bartolo, 31, Borisov, 39
Yekaterinburq (Rusiya). İdman Sarayı
Hakimlər: Rayko Kataniç (Serbiya), Marselino Blaskes Syerra (İspaniya), Stefanita Muqurel Vvadan (Rumıniya).
MONTESİLVANO: 1. Stefano Mammarella, 3. Marko Forte (k), Ernan Qarsia, 9. Rojerio da Silva, 17. Leandro Kuzzolino, 2. Dario Delosso, 4. Andrea Fraqassi, 5. Aleksandr Ciotti, 6. Rikardo Kaputo, 7. Kleyton Baptistella, 10. Kristian Borruto, 20. Adriano Folya.
Baş məşqçi: Fulvio Kollini
ARAZ: 1. Andrey Tveryankin. 5. Felipe, 6. Konstantin Duşkeviç, 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 29. Marat Salyanski, 4. Anderson, 7. Enrike, 9. Bartolo, 10. Zeynal Zeynalov, 11. Melio Borxes Eduardo, 12. Eder.
Baş məqşçi: Joze Alessio da Silva

0
0