Rauf Mehdiyev: Kim güclüdürsə, qapını da o qoruyur
23.11.2010 - 11:26
Rauf Mehdiyev: Kim güclüdürsə, qapını da o qoruyur
“Əslində, rəqabət aparmaq yaxşıdır. Çünki bu zaman heç vaxt arxayınlaşmırsan”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev deyib.

Yayda paytaxt təmsilçisi ilə anlaşan Mehdiyev formasını geyindiyi klublarda əsas qapıçı olsa da, hazırkı komandasında Paulius Qrubauskasın əvəzedicisi kimi çıxış edirdi. Litvalı legioner zədəli olduğu üçün son oyunlarda “çərçivə”ni yığmamızın sabiq üzvü qoruyub: “Kim güclüdürsə, meydana da o çıxır. Elə olur Qribauskas, bəzi oyunlarda isə qapını mən qoruyuram. Son qərarı baş məşqçi verir. Hazırkı durumumdan narazılığım yoxdur. Hər şey normaldır”.

Həftəsonu keçiriləcək “Qarabağ”la qarşılaşma haqda da danışan Mehdiyev karyerasının ən yaxşı illərini keçirdiyi Ağdam təmsilçisini tərifləyib: “Qarabağ” əla komandadır. Onlar avrokuboklarda yaxşı çıxış etdilər. Həm də “Neftçi” ilə oynayan komanda meydanda 2 qat güclə mübarizə aparır. Çətin olacaq”.