Əvvəl “Xəzər Lənkəran”, sonra “Manisaspor” - FOTO
23.11.2010 - 12:14
Əvvəl “Xəzər Lənkəran”, sonra “Manisaspor” -  FOTO
“Xəzər Lənkəran”ın qışda transfer etmək istədiyi seneqallı futbolçu Osman N’Doyeyə daha iki müştəri çıxıb. Apasport.az saytının məlumatına görə, Rumıniyada “Dinamo”nun şərəfini qoruyan 32 yaşlı yarımmüdafiəçi Türkiyənin 2 komandasının maraq dairəsinə düşüb.

Belə ki, Superliqa təmsilçiləri “Manisaspor” və “Qaziantepspor” da Osmanın xidmətində maraqlıdır. Lakin afrikalının Türkiyəyə getməsi daha çox “Xəzər Lənkəran”dan asılıdır. Çünki futbolçu üçün 350 min avro istəyən “Dinamo” rəhbərliyi lənkəranlılardan qəti cavab gözləyir. Yalnız “Xəzər Lənkəran”la danışıqlar baş tutmayacağı halda, Türkiyə variantları müzakirə olunacaq.