Rusiya çempionu “Qalatasaray”dan 8 milyon avroya futbolçu alır
23.11.2010 - 12:27
“Qalatasaray”ın legioneri Zvezdan Misimoviçə yeni müştəri çıxıb. Apasport.az saytının məlumatına görə, Rusiya çempionu “Zenit” Bosniya və Herseqovina yığmasının yarımmüdafiəçisini transfer etmək istəyir.
Sankt-Peterburq təmsilçisinin italiyalı baş məşqçisi Luçano Spaletti rəhbərliyə Misimoviçi tezliklə almaqla bağlı müraciət edib. Misimoviç artıq yanvarda Spalettinin sərəncamında olmalıdır və bu, ruslara 8 milyon avroya başa gələcək.
Qeyd edək ki, “Qalatasaray” “transfer pəncərəsi”nin bağlanması ərəfəsində Almaniyanın “Volfsburq” klubundan aldığı Zvezdandan ciddi narazıdır. Baş məşqçi Georgi Hacı onu əvəzedici komandaya göndərəndən sonra satılması gündəmə gəlib.

0
0