“Yerlilər legionerlərdən qat-qat güclüdür”
23.11.2010 - 13:00
Azərbaycan yığmasının futbolçusu, AZAL klubunun kapitanı Aqil Nəbiyevin apasport.az saytına müsahibəsi
- Uzun fasilədən sonra yığmaya çağırılsanız da, sizə şans verilmədi...
- Məşqlərdə özümü yaxşı tərəfdən göstərdim. Oynamaq istəyirdim. Niyə də yox? Ancaq baş məşqçinin qərarına hörmətlə yanaşıram. Berti Foqts keçirdiyi mətbuat konfransında demişdi ki, ən yaxşı 2 hazır futbolçu varsa, biri Ruslan Abışov, digəri Aqil Nəbiyevdir. Bundan sonra gözləyirdim ki, yəqin Çernoqoriyada start heyətində meydana çıxacağam.
- İnamınız belə böyük idi?
- Əlbəttə.
- Oyunun gedişində hiss edirdiniz ki, baş məşqçi sizi meydana buraxa bilər? Heç isinmə hərəkətləri də etmədiniz...
- Yox. Komandamız məğlub durumda idi. Bu vaxt meydana müdafiəçi buraxmağın nə xeyri? Həmin vaxt yarımmüdafiə və hücum xəttinin güclənməsinə ehtiyac vardı.
- Ancaq millimiz ilk qolu buraxandan sonra Vladimir Levinin yerinə meydana Vurğun Hüseynov çıxdı. Halbuki, siz də Hüseynov kimi mərkəz müdafiəçisiniz...
- Vallah, baş məşqçinin niyə Vurğunu meydana buraxdığını deyə bilmərəm. Komandaya qol vurmaq lazım idi. Ancaq məşqçi belə məsləhət bildi.
- Yəqin ki, komandamız ikinci qolu buraxandan sonra meydana çıxmayacağınızla barışdınız...
- Komanda qol buraxanda istər-istəməz yarımmüdafiə və hücumu gücləndirirlər. Fikirləşdim ki, komanda məğlub duruma düşəndə müdafiəçiyə ehtiyac qalmır. Açığı, yığmamızın Türkiyəyə qalib gəldiyi oyundan sonra belə nəticə gözləmirdim. Ancaq razılaşaq ki, Çernoqoriya millisi öz meydanında daha yaxşı oynayır. Qruplarında 10 xalla liderdirlər. Komandamız ilk hissədə pis təsir bağışlamadı. Rəqibin heyətində hündürboylu futbolçular çox idi. Qapımıza qollar futbolçularımızın səhvi ucbatından vuruldu. İlk qol ustalıq səviyyəsinin nəticəsi idi və super qol alındı. Çernoqoriyalıların oyununa baxanda gördüm ki, onlar əbəs yerə qruplarının lideri deyillər. Futbolçularını çox bəyəndim.
- Yoldaşlıq görüşünə çağırılan futbolçunun sınanması daha düzgün deyilmi?
- Mən çempionatda daim oynayıram. Məşqlərdə zəif olsaydım, Foqts məni milliyə çağırmazdı, haqqımda yüksək fikirlər söyləməzdi.
- Sizi müdafiənin mərkəzində yoxlayırdılar?
- Bəli. 1 ildən çoxdur klubumda bu mövqedə oynayıram. Həm Bakı, həm də Podqoritsadakı məşqlərdə özümü necə lazımdırsa göstərmişdim. Foqts bizim oyunların hamısına baxır. Əlbəttə, milliyə dəvəti gözləyirdim. Kim bunu gözləməz ki? AZAL-da 2-3 yerli futbolçu var. Özümü millidə oynamağa layiq sayıram.
- Siz daha çox dayaq yarımmüdafiəçisi mövqeyində oynamısınız. Yenidən bu mövqeyə qayıtsanız, çətin olmaz ki?
- Yox. Futbol oynamağa həmin mövqedə başlamışam. 1 ildən çoxdur mərkəz müdafiəçisi kimi çıxış edirəm. Hər 2 mövqedə də rahat oynayaram. Ancaq indiki mövqeyimdə müntəzəm oynadığımdan, özümü daha rahat hiss edirəm.
- AZAL cari mövsümdə yaxşı təsir bağışlayır. MOİK-lə oyundakı xal itkisi olmasaydı, indi mövqeyiniz bundan da yaxşı idi...
- MOİK-lə oyundan sonra yığmaya gəldiyim üçün klubda olmadım. Vallah, həmin görüşdən sonra 2 gün yatmamışam. Mən onlara yuxarıdan aşağı baxmıram. Ancaq biz qarşılaşmada xal itirməli deyildik. Komandamız autsayderlərə qarşı ciddi hazırlaşa bilmir. Götürək, “Turan” və “Simurq”la oyunları, həmin görüşlərdə güclə qalib gəldik. Əlbəttə, çempionluğa oynayırıqsa, belə matçlarda xal itirməməliyik. Həmin 2 xal itkisi çempionluq uğrunda bizə ağır zərbə vura bilər.
- Rəhbərlik də belə xal itkilərindən narazı qalır...
- Əlbəttə. Mən AZAL-ın bu mövsümdə belə bərbad oyununu görməmişdim. Hətta autsayderin qapısı qarşısında qol epizodlarımız barmaqla sayılası qədər oldu. Bu, çempionluğa iddialı komandaya yaraşmayan oyundur. Başqa görüşlərdə yaxşı oynayıb, qələbə qazanmışıq. Ən az top buraxanlardan biri də bizim komandadır. Sadəcə, zəif rəqiblərə qarşı köklənə bilmirik.
- “Gəncə”ni nəzərə almasaq, “altılıq” uğrunda 7 komanda mübarizə aparır. Sizcə, AZAL yenə ən güclülər arasında düşməyə bilər?
- AZAL-ı onların sırasına, 6-cı yerə qoymazdım. Bunu öz komandamız olduğu üçün demirəm. Mən AZAL ilk “üçlük”də görürəm.
- Böyük qardaşınız Nadir Nəbiyev hazırda Premyer Liqanın iştirakçısı deyil. Onun klub tapa bilməməyi nə ilə bağlıdır?
- “Turan” Premyer Liqada qalmasının səbəbkarlardan biri də Nadirdir. Həmin vaxt Nadirlə Ruslan Abbasov təmənnasız “Turan”a gedərək, Tovuz futbolunu yaşatdılar. Özünüz də bilirsiniz ki, Sumqayıtda, Gəncədə, Şəmkirdə futbol neçə ildir yox idi. Ancaq “Turan”ın milli çempionatımızı tərk etməsinə imkan vermədilər. Nadir özünü sübut etmiş futbolçudur. Onun bu gün oynamamağı Azərbaycan futbolu üçün itkidir. Gənc hücumçularımız Nadirdən nəsə götürə bilərlər.
- Doğrudanmı, Nadir heç bir kluba lazım olmadı?
- Mövsüm bitəndən sonra Nadiri bəzi klublar dəvət edirdi. Ancaq getmədi. Çünki 2-3 il də qalıb, Tovuz futboluna xidmət etmək istəyirdi. Pul üçün qaçsaydı, başqa klublara gedərdi. Sonra “Turan”da baş məşqçi dəyişikliyi oldu. Nizami Sadıqovu Sakit Alıyev əvəzlədi. Sözün açığı, Nadir “Turan”da Alıyevə görə qalmadı.
- Onlar vaxtilə “Turan”da birgə oynayıblar. Aralarında nə problem var idi?
- Bu haqda danışmağın yeri yoxdur. Ancaq Nadir demişdi ki, Sakit Alıyev ordadırsa, milyon də versələr, oynamaz. Nizami Sadıqov olanda, komanda bir yerə yığılmışdı. Fikrimcə, keçən mövsüm “Turan” pis təsir bağışlamırdı. Bu il orda bəzi şeylər oldu, Sadıqov komandadan getdi. Alıyev gələndən sonra Ruslanla Nadir oranı tərk etdi.
- Nəsə insident olub?
- Onların xasiyyətləri bir-birləri ilə tutmur. Buna görə də Nadir qalmadı.
- Sadıqov getməsəydi, qalacaqdı?
- Əlbəttə.
- “Turan”da qalmadısa, başqa kluba gedə bilməzdi?
- Mövsümün başlanmasına çox az qalmışdı. Nadir həddən artıq çox pis olmuşdu. Başa qaxınc olmasın, qardaşım Tovuz futbolu üçün az şey etməyib. Orada bir il pulsuz oynadı, komandanı başına yığdı. Çox futbolçular Nadir, Ruslana görə təmənnasız “Turan”a qayıtdı və komandanı güclülər dəstəsində saxladılar.
- Nəbiyev Musa Süleymanovun vaxtında oynamırdı. Bəlkə problem onunla bağlı idi?
- Yox. Süleymanov müsahibəsində demişdi ki, “Turan”ın qapısı həmişə Nadirin üzünə açıqdır.
- Yəqin ki, Nadir fərdi məşq edir...
- Bəli. Demək olar hər gün məşq edir. İnşallah, Nadir qışda qayıdar.
- “Turan”a, yoxsa?
- Bunu deyə bilmərəm. Hansısa komandamıza keçər.
- Yəni karyerasını bitirmək haqda düşünmür?
- Yox. Onun hələ 30 yaşı var. İnşallah, hələ 3-4 il də futbol oynaya bilər. Nadirin, Ruslanın və bəzi futbolçuların bu gün kənarda qalması mənə çox pis təsir edir. Mən heç vaxt azərbaycanlı-legioner söhbəti etmirəm. Ancaq görürsünüz, klublar hardan gəldi legioner gətirirlər. Lakin belə götürəndə, bizim futbolçular onlardan qat-qat üstündür. Ruslan “Neftçi”də, milli komandada oynayıb. Onun da xidmətləri olub. Qardaşım kimi, onun da 30 yaşı var. Azərbaycan çempionatında 35-36 yaşlı legioner oynayırlar. Ayrıseçkilik etmirəm, ancaq özümüzünkülərə dəstək olmaq lazımdır.
Mehman SÜLEYMANOV

0
0