Quliyev “Xəzər Lənkəran”a qarşı oynamayacaq
23.11.2010 - 13:01
Quliyev “Xəzər Lənkəran”a qarşı oynamayacaq
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Unibank Premyer Liqasında yalnız bir məsələyə baxıb.
Bu da son turda qırmızı vərəqə olan yeganə futbolçu, “Bakı”nın sol cinah müdafiəçisi Əziz Quliyevlə bağlıdır. Əziz MOİK-lə matçın 86-cı dəqiqəsində ikinci sarı, ardından qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. Bununla, Quliyevin növbəti turda “Xəzər Lənkəran”la öz meydanındakı qarşılaşmada forma geyinməyəcəyi rəsmiləşib.
Mənbə: pfl.az