Ruslan Abışov: Bu, bizə qismət olmadı
23.11.2010 - 13:36
Ruslan Abışov: Bu, bizə qismət olmadı
"Qəbələ" ilə görüşə 3 xal qazanmaq üçün çıxmışdıq. Bilirdik ki, müdafiə futbolu oynayacaq və onlar Bakıya bir xal üçün gəliblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Ruslan Abışov deyib.

23 yaşlı müdafiəçi Unibank Premyer Lqiasının XIV turunun “Qəbələ” ilə oyunu haqda fikirlərini klubun rəsmi internet saytına açıqlayıb: “Oyunda üstün tərəf idik, qol imkanlarımız oldu, ancaq fərqlənə bilmədik. Oyunda minimal hesabla olsa belə, qələbə qazana bilərdik, amma qismət olmadı. Ruhdan düşmürük, qarşıdakı oyuna ciddi hazırlaşırıq”.

“Neftçi”nin vitse-kapitanı “Qarabağ”la növbəti turun oyunu haqda da fikrilərini bildirib: "Qarabağ" Premyer Liqanın iddialı klublarından biridir. Düzdür son vaxtlar uğursuz çıxış edirlər. Düşünürəm ki, onlar bizimlə görüşə dönüş nöqtəsi kimi baxırlar. Turnir cədvəlində liderliyimizi qorumaq üçün rəqiblə oyuna mütləq qələbə qazanmaq üçün çıxacağıq".

Qeyd edək ki, bakılıların kapitanı Rail Məlikovun zədəli olduğu dövrdə sarğını Ruslan daşıyır.