Berti Foqts üçün 11 klub - ARAŞDIRMA
23.11.2010 - 14:46
Berti Foqts üçün 11 klub - ARAŞDIRMA
Azərbaycan yığması 2010-cu ildə 11 klubun futbolçularına ehtiyac duyub. Apasport.az saytının araşdırmasına görə, bitməkdə olan il ərzində baş tutan 10 görüşdə 11 müxtəlif klubu təmsil edən 27 oyunçu şans qazanıb.

Berti Foqtsun ən azı 1 dəfə bel bağladığı bu futbolçulardan 20-si ilboyu eyni klubun üzvü kimi milliyə fayda verib. Digər 7 futbolçu isə yay “transfer pəncərəsi” zamanı komandasını dəyişib.

Elnur Allahverdiyev, Samir Abasov, Fərid Quliyev, Saşa Yunisoğlu və Vurğun Hüseynov ölkə daxilində yerlərini dəyişiblər. Rəşad Sadıqov legioner həyatı yaşamaq üçün ölkə xaricinə üz tutubsa, Azərbaycandan kənarda karyerası alınmayan Vaqif Cavadov geri qayıdıb. Bu yerdəyişmələr daha çox “Qarabağ”a təsir edib. Onlar 2 milli üzvünü itirib, əvəzinə birini qazanıblar. “Qəbələ” və “Bakı”da isə birini digəri əvəzləyib.

Yığmada təmsil olunan 11 kluba gəlincə, onlardan üçü xarici ölkə komandasıdır. Rusiyanın “Anji”, Türkiyənin “Əskişəhəpspor” və Hollandiyanın “Tvente” klubları yeganə azərbaycanlı oyunçularını millimizə veriblər. Yerli klublara gəlincə, onlardan biri – “Standard” artıq tarixin yaddaşına köçüb.

Digər 7 komanda arasında cari mövsümün iddialılarından yalnız biri – AZAL yoxdur. İlk “altılıq” uğrunda mübarizə aparan digər 6 komanda, həmçinin iddiasız “Turan” millidə təmsil olunub.

Bu klubların təmsilçiliyinə gəlincə, “Qarabağ”ın aşkar liderliyi göz qabağındadır. İlboyu bu klub yığmaya 10 futbolçu verib. Milli üçün az qala “11-lik” təşkil edən Ağdam təmsilçisinin bunun üçün 1 futbolçusu çatmayıb. Onlar ümumilikdə yığma formasında 50 matç keçiriblər.

Həm oyunçu, həm oyun sayında “Qarabağ”ın ən yazın izləyicisi “Neftçi”dir. Lakin onlar ağdamlılardan çox uzaq düşüblər. “Xəzər Lənkəran” üzvlərinin oyun sayında, “İnter” isə milli futbolçularının sayında 3-cü yerlə kifayətlənib.

1. “Qarabağ” – 10 futbolçu, 50 oyun
Rauf Əliyev – 9
Elvin Məmmədov – 8
Maksim Medvedev – 7
Vüqar Nadirov – 6
Rəşad Sadıqov - 6
Rəşad Sadiqov – 4
Elnur Allahverdiyev – 4
Samir Abasov - 3
Fərhad Vəliyev – 2
Əfran İsmayılov - 1

2. “Neftçi”– 7 futbolçu, 26 oyun
Ruslan Abışov – 7
Rail Məlikov – 7
Amit Quluzadə - 3
Cavid Hüseynov – 3
Fərid Quliyev - 3
Ruslan Əmirvcanov – 2
Araz Abdullayev - 1

3. “Xəzər Lənkəran” – 3 futbolçu, 20 oyun
Kamran Ağayev – 9
Rahid Əmirquliyev – 6
Elnur Allahverdiyev - 5

4. “İnter” – 4 futbolçu, 18 oyun
Aleksandr Çertoqanov – 7
Vladimir Levin – 5
Samir Abasov - 5
Səlahət Ağayev - 1

5. “Bakı” – 3 futbolçu, 10 oyun
Fabio Luis Ramim – 4
Vaqif Cavadov - 4
Saşa Yunisoğlu - 2

6. “Anji”, Rusiya – 1 futbolçu, 9 oyun
Mahir Şükürov - 9

7. “Qəbələ” – 2 futbolçu, 5 oyun
Saşa Yunisoğlu – 4
Vurğun Hüseynov - 1

8. “Standard” - 1 futbolçu, 4 oyun
Fərid Quliyev – 4

9. “Əskişəhərspor”, Türkiyə - 1 futbolçu, 3 oyun
Rəşad Sadıqov – 3

10. “Turan” – 1 futbolçu, 2 oyun
Vurğun Hüseynov - 2

11. “Tvente”, Hollandiya – 1 futbolçu, 1 oyun
Vaqif Cavadov – 1

Vüqar XEYRULLAYEV