Afrika kubokunda qalmaqal: Qadın futbolçular kişi çıxdı
23.11.2010 - 15:25
Afrika kubokunda qalmaqal: Qadın futbolçular kişi çıxdı
Afrika kubokunda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qadınlar arasında keçirilən turnirdə mübarizə aparan Ekvatorial Qvineya millisinin üzvləri Salimata və Biliquysa Simporenin kişi olmasından şübhələnirlər.

Onların atletik göstəriciləri və futbol vərdişləri ilə bağlı qalmaqal yaranıb. Buna etiraz edən Nigeriya yıığmasının baş məşqçisi Euçari Uçe bildirib ki, əgər komissiya saxtakarlığı aşkarlasa, bu bütün Afrika futbolu üçün biabırçılıq olacaq.

Qeyd edək ki, yaxınlarda nigeriyalı qaçışçı Kaster Semenya ilə bağlı qalmaqal baş vermişdi, Amma o, geni ilə bağlı test verərək, qadın cinsinə məxsus olduğunu sübut etmişdi.