Rauf Əliyev: “Neftçi” çempionluğa əsas namizəddir
23.11.2010 - 17:04
“AZAL-la oyunun sonlarında rəqiblə toqquşdum. İlk anda ayağımda ciddi ağrı hiss etdim. Buna baxmayaraq, meydanda qaldım”. Apasport.az-ın məlumatına görə, fikirləri “Qarabağ”ın futbolçusu Rauf Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasının son turunda zədələnən hücumçunun ayağındakı müayinə ciddi xəsarət almadığını göstərdi: “Şükürlər olsun ki, tibbi müayinə zamanı ayağımda ciddi bir şey olmadığı müəyyənləşdi. İndi artıq yaxşıyam. Heç bir ağrı hiss etmirəm. Sabahdan məşqlərə başlayacam”.
Bazar günü “Neftçi” ilə keçiriləcək oyun haqda da fikirlərini bölüşən Əliyev rəqibin cari mövsüm olduqca yaxşı təsir bağışladığını söyləyib: “Ağ-qaralar” çempionluğa əsas namizəddir. Amma biz həmişə “Neftçi”yə qarşı yaxşı oynamışıq. Maraqlı oyun olacağına inanıram. Rəqib lider olsa da, meydana 3 xal üçün çıxacağıq. “Qarabağ”ı silmək hələ tezdir”.

0
0