“Xəzər Lənkəran”ın yeni əfsanəsi
23.11.2010 - 16:53
Unibank Premyer Liqasının XIV turu “Xəzər Lənkəran” üçün yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, klub yaranandan, yəni 2004-cü ilin yayından sıralarında olan yarımmüdafiəçisi Alim Qurbanov 156-cı dəfə onun formasında meydana çıxmaqla, yeni rekordçu olub.
“Muğan”a evdə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə 90 dəqiqə meydanda olan 33 yaşlı futbolçu bu göstəricidə lider olan Rəşad Abdullayevi keçməklə, “Xəzər Lənkəran”ın tarixinin mütləq rekordçusu oldu. Lənkəranlılarda ən azı 10 oyun keçirən digər futbolçular hazırda da onun heyətində olan Rahid Əmirquliyev (131), Radomir Todorov (119) və Kamran Ağayevdir (105).
Son tur “Xəzər Lənkəran”ın əfsanəsi üçün həm də məhsuldarlıq cəhətdən əlamətdar olub. Belə ki, Alim 7-ci ildir şərəfini qoruduğu klubun heyətində ilk dəfə dubla imza atıb. “Muğan”la oyunda hər iki qolu vuran Qurbanov bununla da son 2 turda vurduğu topların sayını 3-ə çatdırıb. Bu isə onun “Xəzər Lənkəran”da vurduğu qollarının sayını 11-ə çatdırıb. O, bu göstəricidə honduraslı komanda yoldaşı Allan Lalin və cari mövsümdə “Bakı”ya keçən braziliyalı Junior Osvaldoya çatıb.
“Xəzər Lənkəran”ın heyətində ən azı 10 qol vuranlar
1. Zaur Ramazanov - 44
2. Samir Əliyev - 34
3. Mario Souza - 26
4. Ivan Svetkov - 24
5-7. Rəşad Abdullayev - 18
Vüqar Nadirov - 18
Oktay Dərəlioğlu - 18
8. Rahid Əmirquliyev - 17
9. Edmond N”Tiamoa - 13
10. Emin Quliyev - 12
11-13. Alim Qurbanov - 11
Junior Osvaldo - 11
Allan Lalin - 11
Alim “Muğan”la oyunda “Xəzər Lənkəran”ı meydana kapitan kimi çıxardı. Bununla, yarımmüdafiəçi 3 illik fasilədən sonra sarğını daşıdı. İndiyədək karyerası boyu 2 dəfə “Xəzər Lənkəran”ı kapitan kimi meydana çıxaran Qurbanov ilk dəfə bu şərəfə çempionat oyununda nail oldu.
Belə ki, əvvəllər Alim bunu yalnız kubok görüşlərində etmişdi. 2006/07 mövsümünün 1/16 final mərhələsinin “İnter-2” ilə cavab oyununda “Xəzər Lənkəran”ın kapitanı məhz o idi. Bu matç 2006-cı il oktyabrın 17-də baş tutub. Qurbanovun ikinci kapitanlığı isə 2007/08 mövsümünün 1/16 final mərhələsinin ilk qarşılaşmasında yaşanıb.
O, NBC (indiki “Muğan”) klubu ilə səfərdə keçirilən ilk oyunda bu məsuliyyətli vəzifəyə layiq görülüb. 2007-ci il sentyabrın 26-da baş tutan həmin görüşdən 1152 gündən sonra Alim yenə kapitan oldu. Eyni komanda ilə oyunların hər ikisində eyni fərqlə qalib gələn “Xəzər Lənkəran” bu dəfə 3:1 yox, 2:0 hesabına sevinib.
“Xəzər Lənkəran”ın kapitanları
1. Mahmud Qurbanov - 59
2. Kamran Ağayev - 49
3. Emin Quliyev - 25
4. Samir Əliyev - 24
5. Zaur Ramazanov - 23
6. Dmitri Kramarenko - 19
7. Arif Əsədov - 14
8. Elmar Baxşıyev - 10
9. Bəxtiyar Musayev - 4
10. Alim Qurbanov - 3
11-12. Füzuli Məmmədov - 2
Junior Osvaldo - 2
13-17. Aleksandr Martyoşkin - 1
Ədəhim Niftəliyev - 1
Rəşad Abdullayev - 1
Rahid Əmirqulıiyev - 1
Xaqani Məmmədov - 1
Mənbə: lankaranfc.com

0
0