Pavel Doroşev: 2:1 hesablı qələbə qazansaq, xoşbəxt olaram
23.11.2010 - 18:08
“Qəbələ” klubunun qapıçısı, latviyalı legioner Pavel Doroşevin apasport.az saytına müsahibəsi
- Komandanız son 8 oyunda uduzmayıb. Siz isə 7 görüşdə qol buraxmamasınız. Bu, uğurun sirri nədədir?
- (gülür) Sadəcə, futbol oynayırıq, vəssalam. Elə alınıb ki, son vaxtlar çıxışımız uğurlu alınır. Qarşımızda vəzifə var. Qalib gəlib, xal ehtiyatını artırmaq lazımdır. Mən isə qol buraxıb-buraxmamağıma diqqət vermirəm. Mənim üçün əsas nəticədir. Sadəcə, bəxtimiz gətirir. Məsələn, növbəti turda “Simurq”u 2:1 hesabı ilə yensək, həqiqətən də çox xoşbəxt olaram. Yəni, seriyanın qırılmasının mənim üçün fərqi olmadığından, buna üzülməyəcəyəm. Əsas odur komandamız qalib gəlsin.
- “Neftçi” ilə səfər oyununda seriyanızın qırılacağı gözlənilsə də, qapınızı toxunulmaz saxladınız. Bəs autsayderdən qol buraxmaq, sizə pis təsir etməyəcək?
- Yox. Əsas məsələ komandanın qələbəsidir.
- Maraqlıdır, neçə dəqiqə qol buraxmadığınızı hesablayırsınız?
- 7 oyundur dalbadal.
- Biz dəqiqəni nəzərdə tuturuq...
- Vallah bilmirəm (gülür)
- 637 dəqiqə.
- Mənə dedilər ki, 83 dəqiqə də qol buraxmasan, cari Azərbaycan çempionatında liderliyinə yüksələcəksən.
- Doğrudur. Hazırkı “quru seriya”da rekord 720 dəqiqədir və bu, “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevə məxsusdur...
- Bilirəm ki, indi 2-ci yerdəyəm.
- Kamran Ağayevi keçmək sizi stimullaşdırır?
- Əlbəttə. Kamran yaxşı qapıçıdır, əbəs yerə Azərbaycan yığmasının da “1 nömrəsi” deyil. Əla qapıçı olduğundan, buna layiqdir. Bilirsiniz, qapıçılar var ki, onlar eynidir, kiminsə bəxti gətirir, kiminsə yox. Ancaq prinsipcə, Ağayevdə qapıçıya lazım olan hər şey var.
- 660 dəqiqə qol buraxmayan qapıçılar Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının siyahısına düşür. Sizə həmin siyahıya düşmək üçün cəmi 23 dəqiqə lazımdır. Bundan xəbərdarsınız?
- Mən bu qurum haqda qəzetdə oxumuşam. Ancaq siyahıya düşdüm-düşmədim, bunun mənim üçün fərqi yoxdur. Əsas komandanın nəticəsidir. Düzdür, düşmək xoş olardı. Ancaq komandanın nəticəsi yoxdursa, başqa göstəricilərin nə fərqi var?
- Saytımızın əməkdaşı Vüqar Xeyrullayev həmin qurumun üzvüdür. 660 dəqiqə tamam olan kimi adınızı ora göndərəcək. “Simurq”un autsayder odluğunu nəzərə alsaq, yəqin ki, evdəki oyunda seriyanızı ən azı lazım olan dəqiqəyədək davam etdirə biləcəksiniz...
- Allahın köməyi ilə buna nail olarıq. Tarixə düşsəm, dünyada tanınmış qapıçılarla bir siyahıda yer alsam, mənə çox xoş olacaq.
- Karyeranızda belə uzun seriyanız olubmu?
- Yox. Heç vaxt olmayıb.
- Belə çıxır ki, Azərbaycan sizə düşərli oldu?
- (gülür) Belə demək olar. Burda bəxtim gətirir.
- Hazırda 7-ci pillədə olan komandanızın “altılığ”a düşmək şansını necə dəyərləndirirsiniz?
- Belə bir deyim var: biz ehtimal veririk, Allah həyata keçirir. Hər oyunda nəticə qazanmağa çalışırıq. İndi son nəticə haqda düşünmürük. Fikirləşirik ki, növbəti turda “Simurq”la görüşəcəyik, onu udmalıyıq. Bundan sonra növbəti görüş haqda düşünəcəyik. Bir sözlə, cücəni payızda sayarlar.
- Sizə Toni Adams kimi tanınmış şəxsin rəhbərliyi altında oynamaq nəsib oldu. Onun barəsində nə deyə bilərsiniz?
- Əla məşqçi, əla psixoloqdur. Sözsüz ki, onunla işləmək xoşdur. Adams ilk növbədə yaxşı insandır. Futbolçulara böyük hörmətlə yanaşır. Peşəkar futbolçu olub, çox yüksək səviyyələrdə oynayıb. Futbolu incəliyinə kimi bilir. O, bizi əsl futbolçu kimi tərbiyələndirir. Bu planda çox yaxşı mütəxəssisdir.
- Onunla cari mövsümdə nəyi qazanmağı ümid edirsiniz?
- Biz oyunlara növbəlilik prinsipi ilə ciddi hazırlaşırıq. Qarşıda müəyyən vəzifə var, ancaq bunu reallaşdırmaq üçün daha çox qalib gəlmək lazımdır.
- Ötən tur “Neftçi” ilə 0:0 hesabı ilə nəticələnən matçdan sonra komandanızın antifutbol oynaması ilə bağlı çoxlu müzakirələr gedir...
- Qoy, öz oyunlarına baxsınlar, “Qəbələ”nin yox. Bu futbol taktikasıdır, normal bir şeydir. Biz rəqibə çətinlik yaradırıq. Rəqibin oyunundan, vaxtı uzatmasından gileylənmək isə düzgün deyil. Hərə öz problemi, səhvlərinin təhlili ilə məşğul olsa, qol vura bilmədiklərini araşdırsa, yaxşıdır.
- Vaxtilə Latviya yığmasında oynasanız da, Azərbaycana gələndən sonra milli komandaya çağırılmırsınız. Bunu nə ilə əlaqələndirərdiniz?
- Baş məşqçimiz Aleksandr Starkov məni bir qapıçı kimi yığmanın heyətində görmür. Kimin miliyə lazım olub-olmadığını məşqçi müəyyənləşdirir. Məni çağırmırsa, deməli, lazım deyiləm. Hərçənd, milliyə düşmək istəyirəm. Bu, mənim üçün prioritet vəzifədir.
- Həmyerliniz Denis Romanov “Xəzər Lənkəran”da daha çox ehtiyatda qaldığı halda, yığmaya çağırılır. Siz isə 2 ildir “Qəbələ”nin əsas qapıçısı olsanız da, bir dəfə də dəvət almamasınız. Bunu nə dərəcədə düzgün sayırsınız?
- Deməli, baş məşqçi məni bir futbolçu, qapıçı, şəxsiyyət kimi yığmada görmür. O, hesab etmir ki, mən nəsə kömək edə bilərəm. Üstünlüyü Romanova verir. Denis yaxşı qapıçıdır, ona iradım yoxdur.

0
0