Aleksin forması muzeydə qalacaq
23.11.2010 - 18:41
Aleksin forması muzeydə qalacaq
“Fənərbaxça”nın braziliyalı futbolçusu Aleks Superliqanın XIII turunda geyindiyi futbol köynəyini və butsularını klubun muzeyinə hədiyyə edəcək. Apasport.az saytının məlumatına görə, “Bucaspor”la keçirilən son matçda “sarı bülbüllər”in liqa tarixində 3000-ci qoluna imza atan sambaçı bununla komandanın azarkeşləri tərəfindən həmişə xatırlanmaq arzusundadır. “Fənərbaxça”da 7-ci mövsümdür oynayan Aleks bu planını sabah həyata keçirəcək.

Qeyd edək ki, “sarı-lacivərdlilər”in 3000-cü qolunu vuran futbolçu 103-cü dəfə fərqlənib.