Daha bir komanda “Birlik kuboku”ndan imtina etdi
24.11.2010 - 10:20
Bakının “İnter” klubunun çıxış edəcəyi “Birlik kuboku”ndan daha bir komanda imtina edib. Apasport.az saytının məlumatına görə, Moldova “Şerif”inin ardınca Belarus BATE-si də gələn ilin yanvarın 14-dən 23-dək Sankt-Peterburqda keçiriləcək yarışa qatılmayacaq.
Bu komandalar hazırda Avroliqada bir qrupda oynayırlar. BATE imtinasını qış məzuniyyətlərinin həddən artıq qısa olması ilə əsaslandırıb. Belə ki, Borisov təmsilçisi dekabrın 19-da istirahətə çıxacaq və yanvarın 17-dən sonra Avroliqanın 1/16 finalına hazırlaşacaq. Artıq ora vəsiqəni təmin edən BATE oyunlarını fevralın 17-də 24-də keçirəcək. Klub öz ölkəsinin futbol federasiyasına göndərdiyi məktubda imtina haqda rəsmən məlumatlandırıb. Qaydaya görə, çempion imtina edərsə, həmin ölkəni çempionatda 2-ci yerin sahibi təmsil edəcək. Son mövsümə görə Belarus çempionatının 2-si olan Soliqorsk “Şaxtyor”u ilə “İnter”in potensial rəqibidir.

0
0