“Rəşad Sadıqov hesabdan silinəcək futbolçu deyil”
24.11.2010 - 11:08
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqov yenidən Türkiyə mətbuatının maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız “Əskişəhərspor” klubunun 28 yaşlı müdafiəçisinin zədələnməsinin heyətdəki yerini itirib-itirməyəcəyi üzərində baş sındırırlar.
Superliqanın hesabat turunun “Trabzonspor”la oyununda Sadıqovun yerində çıxış edən Dieqodan məmnun qalan türkiyəlilər bu futbolçunun həmyerlimizi heyətdən sıxışdıra biləcəyi ilə bağlı suala cavab tapa bilmirlər: “Trabzonspor”la görüşdə “Əskişəhərspor”un iki futbolçusu xoş təsir bağışladı. Bunlar qapısı İvesa və mərkəz müdafiəçi Dieqodur. Rza Çalışmayın ehtiyatda saxladığı Dieqo komandasının müdafiə xəttində ən yaxşı futbolçu idi. Təbii ki, bir az ağır, ləng oyunçu ola bilər. Lakin mövqe seçmək bacarığı çox yüksəkdir. Sadıqov isə qayıdanda formasını bərpa edib-etməyəcəyini deyə bilmərəm. Amma istənilən halda, Sadıqov hesabdan silinəcək futbolçu deyil”.
Qeyd edək ki, “Fənərbaxça ilə matçda zədələnən Rəşadın 3 həftə heyətdən kənarda qalacağı açıqlanmışdı. Artıq 2 turdur oynamayan müdafiəçimiz yalnız fərdi məşqlərlə kifayətləndiyindən, qarşıdakı turda da meydana çıxmayacaq.

0
0