“Yenidən “Neftçi”də oynayacağım günü səbirsizliklə gözləyirəm”
24.11.2010 - 12:36
“Yenidən “Neftçi”də oynayacağım günü səbirsizliklə gözləyirəm”
"Müalicəmi davam etdirirəm. Gündən-günə özümü daha da yaxşı hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Flavinyo deyib.

Unibank Premyer Liqasının XII turu çərçivəsində səfərdə "Muğan"la görüşün 16-cı dəqiqəsində ciddi zədə alaraq meydanı tərk edən braziliyalı yarımmüdafiəçi hazırda vətənində müalicə olunur. Sol ayağında sınıq olduğu aşkarlanan Flavinyo klubun rəsmi internet saytına açıqlama verib: "Neftçi"nin həkimləri ilə müntəzəm əlaqə saxlayıb, müalicənin gedişi haqda onları xəbərdar edirəm. Flaqmanın düşərgəsinə qayıdıb, meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Flavinyo qış fasiləsi dönəmində "Neftçi"nin Antalyada keçirəcəyi ilk təlim-məşq toplanışından əvvəl komandanın düşərgəsinə qoşulacaq.