“Neftçi” legionerini itirdi
24.11.2010 - 13:01
“Neftçi” legionerini itirdi
Bakının "Neftçi" klubunun qapıçısı Paulius Qribauskas 3 ay yaşıl meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XII turunun "İnter"lə görüşündə zədələnərək, yerini Rauf Mehdiyevə verən litvalı legionerin müayinəsi aldığı xəsarətin ağır olduğunu göstərib.

Belə ki, Pauliusun ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Bu problemi aradan qaldırmaq üçün Qribauskas əməliyyat olunacaq. Əməliyyatdan sonra isə futbolçu klub həkimlərinin nəzarəti altında müalicə kursu keçəcək. Onun 3 aydan sonra məşqlərə başlayacağı ehtimal olunur.