Azərbaycan və Ermənistan yığmaları bir qrupa düşə bilər
24.11.2010 - 13:18
Azərbaycan və Ermənistan yığmaları bir qrupa düşə bilər
Noyabrın 30-da 19 yaşlı futbolçulardan ibarət milli komandalar arasında 2011/2012-ci illər mövsümünün püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, yığmamız ötən il olduğu kimi, yenə A səbətində yer alıb və mübarizəyə ilkin seçmə mərhələdən başlayacaq.

Reqlamentə əsasən, 48 komanda hər birində 4 iştirakçı olmaqla 12 qrupda mübarizə aparacaqlar. İlkin mərhələnin oyunları başa çatdıqdan sonra ilk iki pillənin sahibi olan 24 komanda ilə yanaşı, üçüncü pillənin tutan komandalardan ən yaxşı nəticəyə malik 2 milli də elit-raunda vəsiqə qazanacaq. Yığmamız Ermənistanla ayrı-ayrı səbətlərdə yer aldığından, bir qrupda düşə bilər. Onu da qeyd edək ki, qitə birinciliyinin final mərhələsinin oyunları 2012-ci ildə Estoniyada keçiriləcək.

A səbəti: Portuqaliya, Türkiyə, Almaniya, Serbiya, İtaliya, Hollandiya, Macarıstan, Xorvatiya, Ukrayna, Rusiya, Yunanıstan, Norveç, İsveçrə, Slovakiya, Belçika, Avstriya, Çexiya, İrlandiya, Danimarka, Polşa, Şotlandiya, Belarus, Azərbaycan, İslandiya

B səbəti: Finlandiya, Sloveniya, Bolqarıstan, Rumıniya, Latviya, Litva, İsveç, İsrail, Bosniya və Herseqovina, Moldova, Şimali İrlandiya, Kipr, Çernoqoriya, Albaniya, Uels, Qazaxıstan, Ermənistan, Makedoniya, Gürcüstan, Malta, Farer adaları, Lüksemburq, Andorra, San Marino