Kasilyas Zidan və Ronaldonun yolu ilə gedir
24.11.2010 - 13:46
Kasilyas Zidan və Ronaldonun yolu ilə gedir
İspaniya millisinin qapıçısı İker Kasilyas BMT-nin inkişaf proqramının xoş məramlı səfiri təyin olunub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu Madrid “Real”ının buna nail olan 3-cü üzvüdür.
İkerdən əvvəl “Kral klubu”nun sabiq ulduzları Zinəddin Zidan və Ronaldo bu proqrama qoşulublar. Əvvəllər də bu tip layihələrin iştirakçısı olan Kasilyas Haitidə baş verən zəlzələdən zərərçəkənlərə yardım etmişdi.
Qeyd edək ki, İker 2008-ci ilin Avropa, 2010-cu ilin dünya çempionudur.