İngiltərədə dünya futbolunda görünməmiş hadisə
24.11.2010 - 14:24
İngiltərədə dünya futboluna görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, həvəskar komandalarının oyunu zamanı futbolçu onu meydandan qovan baş hakimdən özünəməxsus şəkildə qisas almağa çalışıb.
Futbolçu Cozef Rimmer “Range Rover”lə meydana girib. Avtomobili ona qırmızı vərəqə göstərən referi Devid Xarknessin üstünə sürərək, hədə-qorxu gəlib: “Mən səni öldürəcəyəm”.
Ancaq bundan qorxmayan Xarkness qərarını dəyişməyib və futbolçunu meydandan qovub. Rimmer bu hərəkətinə görə 24 həftəlik həbsə salınıb, hakim isə karyerasını bitirmək haqda düşünür.

0
0