Abbasov dartdı, Abasov sağaldı
24.11.2010 - 14:32
“Qarabağ” klubunun Unibank Premyer Liqasının növbəti turunda “Neftçi” ilə oyun öncəsi heyətlə bağlı problemləri yoluna qoyulur. Apasport.az saytının məlumatına görə, son oyunlarda iştirak etməyən Emin İmaməliyev artıq tam sağalıb. Digər zədəlilərdən yığma üzvləri - latviyalı Andrey Rubin, Maksim Medvedev, Samir Abasov da sağalmaq üzrədir. Əfran İsmayılov hələ ki, məşqlərini fizioterapevt nəzarətində edir. Əzələsini dartan Ayxan Abbasov isə artıq qaçmağa başlayıb.
0
0