Yığmamız Rusiyadakı beynəlxalq turnirin açılışını edəcək
24.11.2010 - 15:14
Yığmamız Rusiyadakı beynəlxalq turnirin açılışını edəcək
Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın sabiq I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeniyetmə futbolçular arasında 23-cü dəfə baş tutacaq turnirə qatılıb, B qrupunda yer alan Azərbaycanın 17 yaşlılardan ibarət komandası açılış oyunun iştirak olacaq.
Yanvarın 3-də Bakı vaxtilə saat 13:00-da başlayacaq oyunda rəqibimiz Ukrayna yığmasıdır. Bundan 2 gün sonra Belarusla görüş 17:00-da, yanvarın 7-də Çinlə oyun 13:00-da başlayacaq. 1993-cü il təvəllüdlülərin mübarizə aparacağı yarışa yanvarın 9-da yekun vurulacaq. 11:30-da 7-ci, 13:30-da 5-ci, 15:30-da 3-cü yer uğrunda, 18:00-da final oyunu başlayacaq. Rusiya, Latviya, Finlandiya və İtaliya milli komandaları turnirin A qrupunda yer alıblar.

Qeyd edək ki, yığmamız ardıcıl 3-cü dəfədir bu yarışda iştirak edir. Bu həftə 17 yaşlılardan ibarət yığmamızın yeni baş məşqçisi təyin edilən Təbriz Həsənovun bu vəzifədə ilk sınağı Sankt-Peterburqda olacaq.