Bülənt Uyğun: Rəşad Sadıqov oynamalıdır
24.11.2010 - 15:48
Milli komandamızın kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubu Superliqanın növbəti turuna hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” ilə qarşılaşmada zədələnən və 3 həftəliyə sıradan çıxan 28 yaşlı müdafiəçimiz hələlik fərdi məşqlərlə kifayətlənir.
Son iki matçı zədə səbəbindən buraxan Rəşadın “Manisaspor”la qarşıdakı görüşə də çıxmayacağı ehtimal olunurdu. Lakin “Əskişəhərspor”un baş məşqçisi Bülənt Uyğun bu fikirlə razılaşmır. O, müalicəsi davam edən Sadıqovun manisalılarla matça hazır olduğunu gözləyir. Ev oyununda 3 xal qazanmaq iddiasında olduqlarını açıqlayan mütəxəssis bu məqsədə çatmaq üçün həmyerlimizin meydana çıxmasını vacib sayır.

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0