Marçello Lippi Ukrayna yığmasında
24.11.2010 - 16:56
İtaliya yığmasının sabiq baş məşqçisi Marçello Lippi Ukrayna Futbol Federasiyasının təklifini müsbət cavablandırıb. Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis Ukrayna millisini çalışdırmağa razılıq verib.
Lippi yeni komandası ilə 1,5 il müddətinə müqavilə bağlayacaq. Razılaşmaya əsasən, 18 ay üçün 5 milyon avro qazanacaq. Dünya çempionu 2011-ci ildən Ukraynada fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Miron Markeviçin Ukrayna yığmasından ayrılmasından sonra komanda müvəqqəti olaraq, Yuri Kalitvinçevə tapşırılmışdı.

- Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam”
- Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
0
0