Rəşad Sadıqov: 2 futbolçumuzun türk klubuna keçidi realdır
25.11.2010 - 00:03
“Açığı, həmyerlilərimizin Türkiyə klublarında oynaması ilə bağlı konkret bir şey yoxdur. Lakin ola bilsin ki, 2 futbolçumuzun transferi gerçəkləşsin. Bu, ya indi, qış fasiləsində, ya da yayda olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu Rəşad Sadıqov deyib.
Yay “transfer pəncərəsi”nin sonunda “Qarabağ”dan Superliqa təmsilçisinə keçən 28 yaşlı müdafiəçi özünü yaxşı tərəfdən göstərməklə, futbolçularımıza olan diqqəti artırır. Qardaş ölkənin menecerləri hələ ötən ay yığmamızın Türkiyəyə 1:0 hesabı ilə qalib gəldiyi rəsmi oyunu Bakıda izlədikdən sonra bu məsələ gündəmə gəldi. Qış transfer müddətinə az qalması yeni xəbərlərin olub-olmamağına marağı artırır: “Bir futbolçunun keçidi realdır. Sadəcə, klubu ilə bağlı problemləri ola bilər. Digərinin isə forması ilə bağlı problemi yarana bilər. Ancaq ad çəkməyəcəyəm. Müayinə məqsədilə son vaxtlar tez-tez Türkiyədə olan Əfran İsmayılovla bağlı onu deyə bilərəm ki, ona ağır zədədən sonra əvvəlki formasını qaytarması üçün vaxt lazımdır. İndi Azərbaycanda qalması məsləhətdir. Yanvardan “Qarabağ”la tam gücü ilə məşqlərə başlayacaq. Əfran mütləq 3-4 ay Azərbaycanda yaxşı oynayıb, formaya düşəndən sonra legioner həyatı yaşaması haqda düşünə bilər. Komandamızın heyəti geniş odluğundan, bura hansısa futbolçumuzun gəlişi real deyil”.
Sadıqovun yığmada komanda yoldaşı olan Kamran Ağayevin adı bir ara “Beşiktaş” ətrafında hallandı. Müdafiəçi millinin və “Xəzər Lənkəran”ın əsas qapıçısının Türkiyənin böyük klublarına keçidini erkən sayır: “Kamranın bu gün “Beşiktaş”da oynaması çətin olar. Ümumiyyətlə, futbolçularımızın birdən-birə Türkiyənin böyük komandalarında oynaması çətindir. Bu, 1-2 ildən sonra mümkün olar. Özünüz də bilirsiniz ki, həmin klublarda necə təzyiq var. Kamran birdən-birə belə təzyiq altına düşməklə, Türkiyə çempionatını, azarkeşlərini, mediasını tanımadan özünü itirə bilər. Buna görə istərdim ki, Kamran imkan olsa, Türkiyədə 1-2 il orta klublarda oynasın. Fikrimcə, bundan sonra böyük klublar özləri onun transferində maraqlı olacaq”.
Mehman SÜLEYMANOV

0
0